Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə seher.media-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.
Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.