Yıldız Tilbenin konsertində təəccübləndirən hadisə: Mühafizə müdaxilə etdi

23
İyn
02:36
thumb_down 0
26

Türkiyənin Bodrum şəhərində konsert zamanı baş verən qeyri-adi hadisə sosial mediada gündəm olub. Belə ki, məşhur müğənni Yıldız Tilbe konsert zamanı antik məzarın üzərinə çıxmağa cəhd edib. Lakin təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edərək onu dayandırıblar.

O, tarixi abidənin məzar olduğunu biləndə heyrətlənib və qəbrin oradan götürülməsini tələb edib.

Görüntülər sosial şəbəkələrdə yayılaraq istifadəçilərin müzakirə mövzusu olub. Onlar qəribə davranışları ilə tanınan ulduzun yenə də təəccübləndirməyə davam etdiyini bildiriblər.

Qeyd edək ki, Bodrum Antik Teatrı eramızdan əvvəl IV əsrdə inşa edilib və o dövrdən qalan məzarlar da bu ərazidə yerləşir.

Yıldız Tilbenin konsertində təəccübləndirən hadisə: Mühafizə müdaxilə etdi

Yıldız Tilbenin konsertində təəccübləndirən hadisə: Mühafizə müdaxilə etdi

Mənbə: Haber Global