Neftçalada saxlanılan paytaxt sakinindən 12 kiloqram narkotik götürüldü

25
İyn
10:00
thumb_down 0
17

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini Kamran Əliyev rayon ərazisində saxlanılıb.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram marixuana aşkar edilib.

Bildirilib ki, araşdırmalar zamanı K.Əliyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.