Azərbaycanda dəfinələrin hərracda satılması barədə təlimat təsdiqlənib

25
İyn
14:18
thumb_down 0

İqtisadiyyat Nazirliyinin Kollegiyası "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin hərraca çıxarılması və hərracda satılması barədə Təlimat"ı təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Eyni zamanda, keçmiş İqtisadi İnkişaf Nazirliyinin 28 mart 2003-cü il tarixli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin 3 iyun 2003-cü il tarixli şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın hərraca çıxarılması və hərracda satılması barədə Təlimat" ləğv edilib.

Sənədlə nazirliyin Hüquq şöbəsinin müdiri Tural İsgəndərova qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə üç gün müddətində Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirləri görmək həvalə olunub.