Ekspert: "Un ilə taxılın qiymətlərində fərqlərin yaranması mümkündür"

25
İyn
20:18
thumb_down 0

Azərbaycanda taxılın qiyməti . Bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib. Onun sözlərinə görə, 2023-cü ildə bir kq taxılın qiyməti 50-60 qəpik civarında idisə, hazırda 30 qəpikdir.

İyunun əvvəlində ölkədə unun qiymətində qeydə alınan fonunda taxılın ucuzlaşmasının bazara hansı təsirləri olacaq?

Mövzu ilə bağlı seher.media-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, məhsul yığımı dövrü üçün bu proses normaldır:

"Dənli bitkilərin əkilib-becərilməsi ildə iki dəfə baş tutur. Xüsusilə məhsul yığımı dövründə, həmçinin məhsul bol olduğu təqdirdə qiymətlər nisbətən enir. Həmin dövrdə məhsulun xaricdən alışını həyata keçirərkən də stoklanmış (anbarlara yığılmış - red.) buğdanı aşağı qiymətə alacaqsan. 2024-cü ildə ucuzlaşma faizi 24-26%-ə bərabər olub".

Ekspert taxılın qiymətinin enməsinin üstünlüklərindən danışıb:

"Qiymətlərin aşağı olduğunu əsas götürərək bu sahə ilə məşğul olan bir çox fiziki və hüquqi şəxslər məhsulların Azərbaycana gətirilməsini təqribən iki dəfəyə yaxın artırıblar. Çünki satışa çıxarılmış buğdanın həcmi də çoxdur. Bu fəaliyyət növü ilə məşğul olan sahibkarlar daha çox stoklamaqla məşğul olurlar.

Aydındır ki, strateji məhsulların qiymətinin tənzimlənməsi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən həyata keçirir. Qiymətdə artım olduqda dövlət tərəfindən bir sıra alətlər, məsələn, subsidiyalar və s. tətbiq olunur. Bu da qiymətin enməsinə gətirib çıxarır. Qiymətlər düşəndə də nisbətən artıq məhsulların stoklanması həyata keçirilir".

Taxılın ucuzlaşmasının unun qiymətinə təsirinə gəlincə, ekspert bildirib ki, burada bir neçə faktoru nəzərə almaq lazımdır:

"Un taxıldan əldən olunan məhsuldur. Onun ərsəyə gəlməsində istifadə olunan inqrediyentlər, üyüdülməsi, qablaşdırılması, saxlanılması, stoklanması, daşınması üçün bir çox xərclər tələb olunur. Un ilə xammalın - yəni taxılın qiymətlərində fərqlərin yaranması mümkündür".

Nəzrin Vahid