"Sabah qrupları yarandığı 2014-cü ildən bəri istedadları üzə çıxarmaq, onların bacarıqlarını artırmaq istiqamətində önəmli bir inkişaf dövrü keçirib".
seher.media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" innovasiya festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
O bildirib ki, əvvəllər bilik daha önəmli sayılırdısa, indiki dövrdə fərqli bacarıqlara daha çox üstünlük verilir:
"Şagirdlərimizin koqnitiv bacarıqları kifayət qədər yaxşı olsa da, müşahidələr göstərir ki, onların iş həyatına atılmaları üçün lazımi praktiki bacarıqları yetərli olmaya bilir. SABAH Akademiyasını yaradarkən istedadlı tələbələri ölkənin iqtisadi liderləri ilə bir araya gətirməyi hədəfləyirdik".
Nazir qeyd edib ki, bu il "Rəqəmsal bacarıqlar" layihəsinin ilk məzunları olacaq:
"Bu, Azərbaycan təhsili üçün önəmli yenilikdir. "Rəqəmsal bacarıqlar" layihəsinin məzunları yaşıdlarından fərqli olaraq, startap kimi mövzulara daha yaxşı hakim olaraq tələbə həyatına başlayacaqlar".
Almaz Qasımova