İqtisadiyyat naziri Mikayıl Cabbarov Mikro, Kiçik və Orta Müəssisələr Günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilir:
"Bu gün dünyada iqtisadi fəallığın yüksəlməsində və iş yerlərinin yaradılmasında önəmli rola malik olan mikro, kiçik və orta müəssisələrin günüdür.
Bu münasibətlə sahibkarlarımızı təbrik edir, davamlı biznes uğurları arzu edirik.
Azərbaycanda iqtisadi artımın əsas mənbələrindən olan sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində tədbirlər davam etdiriləcək".