COP29-un prezidenti Muxtar Babayev BMT-nin Afrika İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete ilə görüşüb.
seher.media xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
"COP29 sədrliyi və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete arasında inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin təmin edilməsinin vacibliyi ilə bağlı məzmunlu ikitərəfli müzakirə aparılıb", - məlumatda qeyd edilib.
Insightful bilaterial discussion between #COP29 Presidency and His Excellency @claverGatete UN Under-Secretary General and Executive Secretary of @ECA_OFFICIAL on the importance of delivering #ClimateFinance for developing nations. pic.twitter.com/CSYlCnSgZ6
— COP29 AZ (@COP29_AZ) July 1, 2024