Ağdərədə su anbarı tikiləcək

2
İyl
16:18
thumb_down 0
19

Təsdiq olunmuş köç planına əsasən Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndində bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub.

Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib.

Bəs bu ərazilərə köçəcək vətəndaşların içməli su ilə təminatı necə olacaq?

Məsələ ilə bağlı "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildiriblər ki, ərazilərə köçəcək əhalinin içməli su ilə təminatında heç bir problem olmayacaq.

"Xocalı şəhərinin içməli su təminatında heç bir problem yoxdur. Əlavə subartezian quyusu qazılıb və əlavə olaraq Badara çayından 2,6 km məsafədə magistral su xətti çəkilib. Kərkicahan qəsəbəsinin də heç bir problemi yoxdur. Şəbəkənin qurulması Bakı Abadlıq Xidməti tərəfindən aparılır. Su mənbəyi və anbarı mövcuddur. Malıbəyli kəndində də içməli su ilə bağlı problem yoxdur.

Ağdərə rayonunun Umudlu kəndində də su mənbəyi var. Magistral su kəmərinin və anbarın tikintisi planlaşdırılır. Əhali köçənə qədər bu işlər tamamlanacaq. Qayıdış Planına əsasən ərazidə su problemi olmayacaq", - deyə qurumdan məlumat verilib.