Ötən ay 23 aptekdə yoxlama aparılıb: Üçündə nöqsan aşkarlanıb

3
İyl
18:54
thumb_down 0
25

İyun ayı ərzində 23 aptekdə yoxlama aparılıb.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri üzrə 20, respublikanın digər şəhər və rayonlarında isə üç aptek olmaqla ümumilikdə 23 aptekdə yoxlama aparılıb. 21 aptekdə planlı, bir aptekdə plandankənar və bir aptekdə yoxlamadankənar təftiş aparılıb. Yoxlamalar zamanı üç aptekdə nöqsanlar aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.