Miniboss biznes məktəbinin tələbələri Startaplar üzrə Dünya Çempionatında qalib oldular

3
İyl
19:00
thumb_down 0
48

"Miniboss Business School Baku"nun tələbələri 29 iyun-2 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Dünya Çempionatının SAGE kateqoriyası (Qlobal mühitin inkişafı üçün startaplar) üzrə birinci yerə layiq görülüb.

seher.media xəbər verir ki, 20-dən çox ölkənin iştirak etdiyi bu tədbirdə ən yüksək nəticə göstərərək və superfinala çıxmaqla "Chaykhor" komandası birinci yeri tutub.

"Chaykhor" beş meyara (innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma, münsiflər heyətinin sualını cavablama) cavab verməklə 23 komandanı geridə qoyaraq birinci olub.

Qeyd edək ki, bütün komandalar SAGE-Qlobal mühitin inkişafı üçün startaplar və SIFE- İnnovativ sərbəst sahibkarlıqda startaplar kateqoriyalarında təmsil olunublar.

İnnovativ sərbəst sahibkarlıqda startaplar kateqoriyasında Azərbaycandan "AzBathty" layihəsi ikinci yerə, Qlobal mühitin inkişafı üçün startaplar kateqoriyası üzrə isə üçüncü yerə isə "Sketchio" və "Ecoleaf" komandaları layiq görülüblər.

Digər üç biznes layihə isə BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun xüsusi qızıl mükafata layiq görülüblər. Bu medallara "Meyvali", "Dill Buzz" və "Kharı Touch" komandaları layiq görülüblər.



"Miniboss Business School"un Azərbaycanda təsisçisi olan Nərminə Həsənova ikinci dəfə "İlin ən yaxşı franşızası sahibi" adına layiq görülüb.


Digər filial direktorları arasında il boyu nümayəndəliyin effektiv idarəedilməsi ilə seçilən Alina Xələfova isə "İlin direktoru" sertifikatına layiq görülüb.

Pedaqoji fəaliyyəti ilə seçilən "Miniboss Biznes School"un müəllimi Ülkər Əhmədova isə digər filiallardan olan müəllimlərlə yanaşı sertifikatla təltif olunub.

"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70 filialda mövcud olan yeganə məktəbdir. Təhsil müəssisəsi özünəməxsus metodikaya əsasən 6-17 yaş arası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır.

Beynəlxalq Təhsil Şəbəkəsi olan "Miniboss Business School" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında STARTUP Forum, Milli və Dünya çempionatları təşkil edir.