Abşeron rayonunda ailə məişət zəminində dava zamanı qadın ağır xəsarətlər alıb.
Lent.az xəbər verir ki, hadisə Quşçuluq massivində qeydə alınıb.
1990-ci il təvəllüdlü Şəbnəm Taleh qızı Həsənova yaşadığı evin həyətyanı sahəsində əri tərəfindən bıçaqlanıb.
Qadın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.