Kürdəmirdə baş verən qəzada ölən və xəsarət alan şəxslərin kimliyi MƏLUM OLDU

4
İyl
13:00
thumb_down 0
40

Kürdəmir rayonunda baş verən avtomobil qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza nəticəsində ölən sərnişinin Pakistan vətəndaşı, 1977-ci il təvəllüdlü Xan Kamran Malik olduğu dəqiqləşdirilib.

Qəza zamanı xəsarət alanlar isə Göygöl sakini, 1991-ci il təvəllüdlü Ayxan Qabil oğlu Cəfərov və Pakistan vətəndaşı, X.K.Malikin həyat yoldaşı Amin Rabia Pakistanidir.

X.K.Malikin meyiti aidiyyəti üzrə təhvil verilib.

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və aşıb.

Qəza zamanı bir nəfər Pakistan vətəndaşı hadisə yerində dünyasını dəyişib, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.