İyulun 6-da saat 18:30-da Saatlı rayonunun Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ramiz Gülabdin oğlu Ağayevin yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Rabil Ramiz oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.