QARADAĞ RAYONU YAŞILLAŞDIRMA İDARƏ RƏİSİ ƏHLİMAN ALIYEVİN HEGEMONLUĞU - VİDEO

8
İyl
18:32
thumb_down 0

Qaradağ rayonu Yaşıllaşdırma İdarəsi dəfələrlə medianın gündəmində olub. Ona görə yox ki, işlər qaydasında gedir. Məhz ona görə ki, mütəmadi olaraq Qaradağ rayonunun müxtəlif qəsəbələrindən Yaşıllaşdırma İdarəsinin fəaliyyəti ilə bağlı şikayətlər daxil olur. Amma, nədənsə bir müddət sonra yenə özbaşınalıq, hərə öz məqsədinin ardınca yollanır. Belə ki, müxtəlif vaxtlarda adı mətbuatda hallanan Yaşıllaşdırma İdarəsinin rəisi Əhliman Alıyev bir qrup şəxsin iddialarına görə etik qaydaları pozaraq işçilərlə təhqiredici formada ünsiyyət qurur, işçi qadınlara öz ayaqqabılarını yuduzdurur, onları nəinki alçaldır və həm də müxtəlif zamanlarda işçilərin əməklərindən sui istifadə edərək, qrup halında yığıb öz məqsədləri üçün işlədir. Qeyri iş saatlarında işçilərin əməklərindən öz şəxsi işləri üçün istifadə etməsi ilə yanaşı bəzi işçiləridə öz “himayəsinə” alaraq fəhlələr arasında məlumat yığmaq kimi də qulluqlara da buyurur.

Məsələ tək bununla bitmir. İdarə rəisi Əhliman Alıyev qanunsuz ağac kəsilmələrinə də göz yumur və hətta özüdə təşəbbüs göstərir. Əhliman Alıyev ağac kəsimlərindən kifayət qədər öz qazancı üçün istifadə edir. Belə ki, şikayətçilər iddia edir ki, bir ağac 3000 manata kəsilir. Tikintilər üçün zəbt olunan ərazilərdə kəsilərək məhv edilən ağaclar rəisin göstərişi ilə müəyyən təndirxana tipli yerlərə ötürülür. Beləliklə rəis hər iki tərəfdən “qazanır”.

Bəs bunun Yaşıllaşdırma İdarəsinin rəisi tək edə bilərmi?!

Çox güman ki, Qaradağ rayonunun İcra hakimiyyətinin də bundan xəbəri var və “ƏL ƏLİ YUYAR” prinsipi ilə çalışrlar.

Qeyd edək ki, Yaşıllaşdırma İdarəsinin yerləşdiyi Lökbatan qəsəbəsi Heydər Əliyev parkının görüntülərindən də məlum olur ki, tək bu qəsəbə deyil, rayon ərazisində yerləşən digər qəsəbələrində yaşıllıq zolaqları bərbad vəziyyətdədir. Necə deyərlər, kor kor, gör gör...

İcra hakimiyyətinin yaxınlığında yerləşən Ulu Öndərin adını daşıyan park təkcə bərbad görüntüsü ilə deyil, bayramdan bayrama işləyən fontanı ilə də gündəmdədir.

“SƏHƏRMEDİA” xəbər portalı olaraq Qaradağ rayonu Yaşıllaşdırma İdarəsinin rəisi Əhliman Alıyevin iddialarla bağlı qarşı tərəf kimi fikrini işıqlandırmağa hazırıq.

P.S. Növbəti yazımızda Qaradağ rayonunun digər qəsəbələrindən də görüntüləri ictimailəşdirəcəyik.

Məsələ diqqətimizdədir!