Xırdalanda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

9
İyl
12:54
thumb_down 0

Xırdalanda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 28-də Xırdalan şəhəri ərazisində yerləşən anbarların birindən 10 000 manat dəyərində təmir-tikinti avadanlıqları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Samir Orucov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.