Stilist Anar Ağakişiyevə qarşı dələduzluq olunub.
O, bu barədə "Səni axtarıram" verilişinə danışıb.
Bildirib ki, xaricdə iş qurmaq istəyərkən iki şəxs tərəfindən aldadılıb:
"Xaricdə şirkət, iş qurmaq istədim. İstədim xeyri də bizimkilər görsün. İki bəylə tanış oldum. Hazırda iş Xəzər Rayon Prokurorluğunda araşdırmadadır. Çox yüksək məbləğ alıblar. Biz bir il öncə tanış olmuşuq. Macarıstanda yaşayırlar. Burada əlavə işləri var. Hətta onların ikinci işi azərbaycanlı gəncləri xaricə oxumağa yollamaqdır. Nə qədər qanuni olduğunu dəqiq deyə bilmərəm. Mənim onlarda sənədlərim qalıb. Onları tələb edirəm. Əgər məsələ dərinə getsə, lazım olmayan məqamlar ortaya çıxa bilər".