Məhkəmə operator Qalina Hatçinsin qətlinə görə aktyor Alek Bolduinə qarşı ittihamları ləğv edib.
seher.media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi 2021-ci ilin payızında "Rust" filminin çəkiliş meydançasında ukraynalı kinooperator Qalina Hatçinsin ölümünə səbəb olan aktyor Alek Bolduini qəsdən adam öldürmə ittihamından azad edib. Məhkəmə mühüm sübutların müdafiədən gizlədildiyi iddiasını nəzərə alıb.
Bundan əvvəl pirotexnik Hannah Qutierrez-Reid evdən gətirdiyi həqiqi güllə ilə ehtiyatsızlıqdan boş güllələri qarışdırdığı üçün 18 ay həbs cəzasına məhkum edilib. Məhkəmə qərarı açıqlananda Alek Bolduin göz yaşlarına boğulub.
Xatırladaq ki, 2021-ci ildə "Western"in çəkiliş meydançasında Bolduin hazır olan silahdan təsadüfən atəş açıb. Nəticədə operator Qalina Hançins və rejissor Coel Sousa yaralanıblar. Operatorun həyatını xilas etmək mümkün olmayıb.