Xəzər dənizi vasitəsi Azərbaycana 26 kiloqram 325 qram narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə seher.media-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyul ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində ümumilikdə 26 kiloqram 325 qram narkotik vasitə (24 kq 835 qram marixuana, 1 kq 490 qram tiryək), 2500 ədəd "Metadon M-40" həbi, 660 ədəd "Preqabalin 150" kapsulu, 40 qutu "Marlboro", 10 qutu "Milano" siqaretləri və beş ədəd "Titan" siqarının Xəzər dənizi vasitəsilə qeyri-qanuni yolla Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.