Müğənni Selena Qomes qeyri-adi tərkibli sendviç yediyinə görə fanatlarını qorxudub.
seher.media gazeta.ru-ya istinadən xəbər verir ki, ifaçının sevgilisi Benni Blanko ona qarpız, pendir və xiyar turşusu ilə sendviç hazırlayıb.
Selenanın qeyri-adi qida zövqü onun pərəstişkarlarını şübhəyə salıb. Onlardan bəziləri Qomesin mümkün hamiləliyini müzakirə etməyə başlayıblar.
Qeyd edək ki, dekabr ayında Selena Qomes musiqi prodüseri Benni Blanko ilə görüşdüyünü açıqlayıb.