Hikmət Hacıyev Azərbaycanın COP29 ərəfəsində dezinformasiya ilə üzləşməsindən danışdı

21
İyl
12:00
thumb_down 0

"Azərbaycan COP29 ərəfəsində kütləvi dezinformasiya ilə üzləşir, lakin bu bizə mane olmayacaq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda çıxış edərkən deyib.

"COP29 konfransı ərəfəsində Azərbaycan dezinformasiya dalğası ilə üzləşsə də, dünən Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu bizi dayandırmamalıdır. İrəliləyəcəyik və iqlim dəyişikliyi gündəliyinə layiqli töhfə verəcəyik", - H. Hacıyev vurğulayıb.