Bilal Əliyevdən yayılan videosu ilə bağlı AÇIQLAMA: "18 minlik kostyumuma 4 bakal pivə töküb"

22
İyl
17:18
thumb_down 0

Xalq artisti Bilal Əliyevin sosial şəbəkələrdə yayılmış videosu müzakirə yaradıb.

Sözügedən videoda Xalq artistinin stolun üstündən götürdüyü spirtli içkini qəsdən məclis iştirakçılarından birinin üzərinə tökdüyü görünür. Sosial şəbəkə istifadəçiləri həmin kadrları birmənalı qarşılamayıb, müxtəlif fikirlər səsləndiriblər.

Bilal Əliyev "Qafqazinfo"ya açıqlamasında sözügedən kadrların bir müddət əvvəl Nərimanov rayonunda yeni açılmış restorandakı mərasimdə qeydə alındığını deyib.

Müğənninin sözlərinə görə, açılış mərasimində onu gözügötürməyən qonaqların sifarişi ilə ofisiant guya ehtiyatsızlıqdan onun 18 min manatlıq kostyumunun üstünə 4 bakal pivə töküb:

"Həmin gün geyindiyim kostyum Londondan alınmışdı. Qiyməti də bizim pulla 18 min manatdır. Ondan bir gün əvvəl isə eyni kostyumu başqa məclisə geyinmişdim. Üstünə pivə tökdüyüm gənc müğənni də orada idi. Kostyumdan söz düşdü, mən də çox bahalı olduğunu dedim. Adını yaddan çıxardığım gənc müğənni məni səhəri gün üçün restoranın açılışına dəvət etdi.

Mən də nə bilim ki, paxıllıq hissi var. Açılış günü məndən xahiş etdi ki, stollardan birinə yaxınlaşıb oxuyum. Həmin vaxt ofisiant əlindəki pivələrin hamısını üstümə dağıtdı. O an elə ağlıma gəldi ki, dünən bu kostyumdan danışanda müğənni də orada idi. Bu gün də paxıllıq hissi bəslədiyi üçün qonaqlara danışıb, qonaqlardan da kimsə ofisianta sifariş verib. Mən də məhz ona görə stolun üstündəki yarımçıq pivə bakalını həmin müğənninin üstünə tökdüm ki, görsün necədir?!"

Xalq artisti qeyd edib ki, onun kimi böyük sənətkara qarşı belə rəftarı qəbul etmədiyi üçün mərasimi tərk edib.