ARB TV-də yayımlanan "O üz" layihəsi yayımını dayandırır.
Axşam.az xəbər verir ki, layihənin son buraxılışı bu həftəsonu efirə gedəcək.
Dünyasını dəyişən sənət adamlarından bəhs edən proqram yeni mövsümdən efirə getməyəcək.
Qeyd edək ki, "O üz"ə ilk vaxtlar aktrisa Fidan Axundova, daha sonra isə Ülviyyə Xəlilbəyova aparıcılıq edib.