Məşhur türk serialının "hicablı" aktrisası çimərlik geyimində görüntüləndi

27
İyl
06:36
thumb_down 0

Türkiyənin məşhur "Kızılcık şerbeti" serialındakı Nilay obrazı ilə geniş pərəstişkar kütləsi toplayan Feyza Civelek Bodrumda tətildə görüntülənib.

Bu barədə seher.media Sondakika.com-a istinadən bildirir.

Məlumata görə, yeni sezonun çəkilişləri başlamazdan əvvəl Feyza Civelek dostları ilə tətilə çıxıb. Aktrisa tətil zamanı kameralara tuş gəlib və onun çimərlik geyimi diqqət çəkib.

Aktyor dostu Canan Ünal ilə Bodrumda dincələn Civelek qara papaq və ətəkli çimərlik geyiminə üstünlük verib, günəşdən qorunmağa çalışıb.