"Google" şirkəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə prioritetlər və dayanıqlı inkişaf həllərinin perspektivləri barədə müzakirələr aparılıb.
seher.media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
"Google" şirkətinin nümayəndələri ilə müzakirələrimiz mövcud əməkdaşlıq və potensial istiqamətlərdə əlaqələrin genişləndirilməsi imkanlarını əhatə etdi", - nazir bildirib.
M.Cabbarovun sözlərinə görə, müzakirələrdə həmçinin innovativ təcrübələrin tətbiqi, bulud texnologiyaları üzrə birgə fəaliyyətin təşkili məsələləri əhatə olunub.