ƏHALİNİN NƏZƏRİNƏ: Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə TƏMİN EDİLƏCƏK

23
Avq
23:18
thumb_down 0

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması müvəffəqiyyətlə başa çatdırılır.

seher.media xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (İŞBSTX) məlumat verilib.

Qeyd olunub ki, avqustun 24-ü səhər saatlarında şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.