Paytaxtda ahıl kişini avtomobil vurub

25
Avq
15:18
thumb_down 0

Bakının Sabunçu rayonunda 66 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb.

"Report"un məlumatına görə, 1958-ci il təvəllüdlü İsfəndiyar Allahverdi oğlu Hüseynov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.