Xoşbulaq kəndinə ildırım düşüb: Elektrik xətti sıradan çıxıb

25
Avq
20:36
thumb_down 0

Daşkəsən rayonunun Xoşbulaq kəndində qeyri-sabit hava şəraiti fəsad törədib.

"Report"un məlumatına görə, ildırım düşməsi nəticəsində kənd ərazisində yüksəkgərginlikli elektrik xətti qırılaraq yerə düşüb və kiçik yanğın olub.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.