Beş yaşlı Aynurun dəstəyə ehtiyacı var: "Atası fəhləlik edir, mən isə evlərə təmizliyə gedirəm"

26
Avq
10:54
thumb_down 0

Beş yaşlı Aynurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə seher.media-a onun anası Mahirə Mirzəyeva məlumat verib.

O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir:

"Aynurun beş yaşı var. İki il bundan əvvəl onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicələrini etməyə başlamışıq. Həkim Aynurun yaşı az olduğu üçün ona böyrək köçürməyin hələ düzgün olmadığını deyir".

Mahirə Mirzəyeva övladının müalicəsi üçün dəstəyə ehtiyacı olduğunu deyib:

"Aynurun müalicəsi və müayinəsi üçün aylıq 700 manata ehtiyacımız olur. Yoldaşım fəhləlik edir, mən isə övladıma görə daimi işləyə bilmirəm. Çağıran olanda evlərə təmizliyə, xalça, yun yumağa gedirəm. Aynur bizim yeganə övladımızdır, yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 810-64-17.

Kapital Bank: 4169 7388 3290 5883.