Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində hərbi sursat aşkar edilib.
seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in pirotexnikləri hadisə yerinə cəlb ediliblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd 120 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.