Ötən həftə azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı AÇIQLANDI

26
Avq
20:00
thumb_down 0

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (19.08.2024 - 25.08.2024) açıqlanıb.

seher.media xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 78 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 839 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 308,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.