9 aylıq Anarın anası: "Borc almağa belə kimsəmiz qalmayıb"

27
Avq
10:54
thumb_down 0

Balaca Anarın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə seher.media-a Gülsarə Quliyeva məlumat verib.

O, övladının yardımsevər şəxslərin dəstəyinə ehtiyacı olduğunu deyib:

"Anar doqquz ay əvvəl dünyaya gəlib. O, anadangəlmə beynində kista ilə doğulub. Doğulduğu gündən bütün müalicələrini vaxtlı-vaxtında etsək də, inanın, artıq tükənmişik. Müalicələri davam etdirsək, həkimlər kistanı minimal ölçüyə qədər azalda biləcəyimizi deyiblər".

Gənc ana övladının müalicəsi üçün aylıq 800 manata ehtiyacları olduğunu bildirib:

"Anarın müalicəsi, müayinəsi bizi tamamilə tükədib. İnanın, borc almağa kimsəmiz də qalmayıb. Aldığımız borcları belə geri ödəyə bilmirik. Onun müalicəsi üçün bizim aylıq 700-800 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 370 81 50.

Kapital Bank: 4169 7388 8061 3157.