Sumqayıtda küçədən kişi meyiti tapılıb

27
Avq
13:18
thumb_down 0

Sumqayıtda küçədən 39 yaşlı kişi meyiti tapılıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Nurəddin Natiq oğlu Mirzəyevin meyiti Bakı küçəsində aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Ölümün səbəbi araşdırılır.