Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan pul yığır - ŞİKAYƏT

27
Avq
13:36
thumb_down 0

Özünü mərhum Xalq artisti Mirzə Babayevin qardaşı kimi təqdim edən şəxs Bakının müxtəlif ünvanlarında müxtəlif bəhanələrlə vətəndaşlardan pul alır.

seher.media xəbər verir ki, bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev öz sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, artıq bir neçə ildir şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır: "Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s."

Emin Babayev qeyd edib ki, həmin şəxs özü ilə Mirzə Babayevin şəklini gəzdirir:

"Bu dələduz eyni yerə 2-3 dəfədən çox getmir. Sonuncu dəfə srağagün "20 Yanvar"da tanış bir xanımla şəkil çəkdirib.

Özü ilə M.Babayevin şəkilini gəzdirir, sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki M.Babayeva oxşasın".

O bildirib ki, Mirzə Babayevin sonuncu qardaşı 11 il əvvəl vəfat edib.

Əzizə İsmayılova