Bakıda daun sindromlu əcnəbi itkin düşdü

28
Avq
09:18
thumb_down 0

Bakıda 75 yaşlı qadın itkin düşüb.

APA xəbər verir ki, hadisə Nərimanov rayonu, F.Xoyski küçəsində qeydə alınıb.

Rusiya Federasiyası vətəndaşı Maperi Mirzəxan qızı Mirzəxanova polisə ərizə ilə müraciət edərək 1949-cu il təvəllüdlü daun sindromlu qohumu Lyubov Nikolayevna Buşkinanın C.Naxçıvanski küçəsində yerləşən "8-ci km bazarı"nda naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.

Hazırda Lyubov Nikolayevna Buşkinanın olduğu yerin müəyyən edilməsi istiqamətində axtarışlar aparılır.