Azərbaycanda su resurslarının azalmasının səbəbləri açıqlanıb

28
Avq
13:54
thumb_down 0

Azərbaycanda son 7 ildə buzlaq sahələri orta hesabla 18% azalıb.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, son illərdə ölkəyə daxil olan su ehtiyatlarında da azalma müşahidə edilir ki, burada azalma 18-20% çivarındadır:

"Ötən ilin avqust ayına nisbətən dağ göllərinin sahəsində 4.2% azalma qeydə alınıb".

F.Tağıyev bildirib ki, Kür çayının aşağı axınında su səviyyəsinin azalması müşahidə edilir:

"Son 3-4 ilə baxsaq, görərik ki, ölkə belə bir problemlə üzləşir: artıq Kür çayı dənizə deyil, dəniz Kür çayına axır. Bu o deməkdir ki, Türkiyə ərazisində başlayan Kür çayı Neftçala rayonu ərazisində dənizlə qovuşa bilmir. Bu, zamanla su resurslarımıızn azalmasına səbəb olacaq".