Mərdəkan şosesində sürücülər üçün ölüm kəsişməsi - ANBAAN GÖRÜNTÜLƏR

29
Avq
18:36
thumb_down 0

Mərdəkan şosesində hərəkətin qarışıq təşkil olunması sürücüləri böyük təhlükə ilə üz-üzə qoyur.

seher.media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Agentliyin Mətbuat Xidmətindən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, AYNA tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır və bu cür uyğunsuzluqlar mütəxəssislər tərəfindən aradan qaldırılır.

"Sözügedən ərazi ilə bağlı məlumatlıyıq və tərəfimizdən layihə hazırlanır. Layihə müvafiq qurumlarla razılaşdırıldıqdan sonra icrası üzrə tədbirlər görüləcək", - deyə açıqlamada qeyd olunur.

Əzizə İsmayılova