“Göknur Bakı LTD” MMC məhkəməlik olub.
32gun.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 239-cu (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə işi hazırda hakim Hafiz Kamranovun icraatındadır.
Bildirək ki, nizamnamə kapitalı 6349000 dollar olan “Göknur Bakı LTD” MMC-nin qanuni təmsilçisi Rahib Rzayev Hüseynağa oğludur.
Rahib Rzayev Hüseynağa oğlu “Azərenerji” ASC prezidenti Balababa Rzayevin qardaşıdır.
239-cu maddəyə görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Ölkə mediasında gedən məlumatlara görə, “Göknur Bakı LTD” MMC “Azərenerji” ASC prezidenti Balababa Rzayevinə ailə şirkətlərindən biridir.