Qazax rayonunda yerləşən, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayevin adına olan ev-muzey baxımsız vəziyyətdədir.
2001-ci ildə vəfat etdikdən sonra Tahir İsayevin yaşadığı ev muzeyə çevrilib. Bir müddət onun həyat yoldaşı Cəvahir İsayeva T. İsayevin şəxsi əşyalarına qulluq etsə də, o da dünyasını dəyişdikdən sonra ev baxımsız və qəzalı vəziyyətə düşüb. Son illərdə buraya ziyarət edənlərin də sayı azalıb.
Hazırda Tahir İsayevə aid orden və medallar Qazax Tarix-Diyarşünaslıq Muzeyində qorunur.
T. İsayevin qardaşı Zəlimxan İsayev bildirib ki, evin təmir-bərpası üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
Qeyd edək ki, T. İsayev 1922-ci ildə Qazax rayonunun Şıxlı kəndində anadan olub. O, 1941-1945-ci illərdə baş verən İkinci Dünya müharibəsində iştirak edib və İtaliyanın Milli Qəhrəmanı adına layiq görülüb. Tahir İsayev 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunub.
Ətraflı "İTV Xəbər"in süjetində:
İtaliyanın Milli Qəhrəmanı Tahir İsayevin ev-muzeyi baxımsız vəziyyətdədir