Bu gün Abşeron rayonunda qaz olmayacaq

30
Avq
10:54
thumb_down 0

Bu gün Abşeron rayonunun qaz təchizatında fasilə yaranacaq.

seher.media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb

Məlumata görə, "Masazır" qazpaylayıcı stansiyasında (QPS) mövcud qaz sızmalarının ləğv edilməsi məqsədi ilə avqustun 30-da saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan qaçqın şəhərciyinin, Abşeron gənclər şəhərciyinin, "Viktoriya-313" və "Saray-H" MTK-ların və 10 ədəd sənaye obyektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.