Bakıda baş verən güclü yanğın uçuşlara necə təsir edib?

30
Avq
16:18
thumb_down 0

Suraxanı rayonu ərazisində baş verən güclü yanğın səbəbindən səmada qatı qara tüstü dumanı müşahidə olunmaqdadır.

Bu cür qatı tüstü dumanının uçuşlara hər hansı təsiri ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-yə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən seher.media-ın sorğusuna cavab olaraq bildirildi ki, Suraxanıdakı yanğın AZAL-ın uçuşlarına təsir göstərməyib:

"Bütün reyslər cədvələ uyğun həyata keçirilir".

Əzizə İsmayılova