İctimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edildi

31
Avq
18:36
thumb_down 0

"Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib".

Bu barədə seher.media-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

"Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib. Şəhər sakini N. Həsənov barəsində toplanmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Gəncədə sərnişinlərdən birinin avtobusda qeyri-etik hərəkətlər etməsi ilə bağlı videogörüntü sosial şəbəkədə

Əzizə İsmayılova