Vətən müharibəsi şəhidinin anası vəfat edib

1
Sen
00:54
thumb_down 0

44 günlük Vətən müharibəsində şəhid olan Rəsul Həşim oğlu Sadıqovun anası Elnarə xanım vəfat edib.

seher.media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Bildirilib ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, R.Sadıqov 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib.

44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il oktyabrın 10-da Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, ölümündən sonra müxtəlif medallarla təltif olunub.