Quba-Xınalıq yolunda uçan körpünün aqibəti NECƏ OLACAQ? - Rəsmi AÇIQLAMA

3
Sen
12:36
thumb_down 0

İyulun 29-da sel daşqınları səbəbindən Quba-Xınalıq yolunun 42-ci kilometrində uçan körpü ilə bağlı redaksiyamıza müraciət daxil olub.

Ərazidə yaşayan vətəndaşlar seher.media-a bildiriblər ki, oradakı taxta pilləkənləri özləri düzəldiblər. Hadisədən 1 aydan çox vaxt keçsə də, körpü hələ də təmir edilməyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli seher.media-a açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı layihə hazırlanıb və təqdim olunub:

"Yaxın günlərdə yəqin ki, yeni körpünün inşası istiqamətində addımlar atılacaq. Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilirlər".

Məlumat üçün bildirək ki, haqqında danışılan körpü Qubanı 6 kəndlə - Cek, Haput, Qalayxudat, Xınalıq, Əlik və Qrız ilə birləşdirir.

@oxuaz Quba-Xınalıq yolunda uçan körpü hələ də TƏMİR EDİLMƏYİB #QubaXınalıqyolu #körpü ♬ original sound Oxu.az Son Xəbərlər



Məhərrəm Əliyev