Ötən il bağçalarda 51 mindən çox uşaqda xəstələnmə halları qeydə alınıb

3
Sen
18:36
thumb_down 0

Ötən il məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) 51 007 uşaqda xəstələnmə halları qeydə alınıb.

"Report"un məlumatına görə, bu, "Azərbaycanda təhsil, elm və mədəniyyət" məcmuəsində öz əksini tapıb.

Ən çox xəstələnmə halı qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyası ilə bağlı olub. Belə ki, bu göstərici 29 896 nəfər təşkil edib.

Digər xəstələnmə hallarına gəlincə, 15 192 uşaqda angina (kəskin tonzillit), 51-də bədbəxt hadisə, zəhərlənmə və zədələr, 204-də pnevmaniya, 154-də bakterial dizenteriya, 495-də skarlatina, 5 015-də isə digər xəstəliklər qeydə alınıb.

Ümumi xəstələnmə hallarının içərisində üç və yuxarı yaşda olan uşaqların sayı 41 715 nəfər olub.

Qeyd edək ki, bu gün Azərbaycanda 1 857 uşaq bağçası fəaliyyət göstərir.