Bakıda marşrut avtobusunun hərəkət cədvəli dəyişdirildi

3
Sen
20:18
thumb_down 0

Mehdiabad-Digah-Məmmədli yolunda aparılan təmir işləri ilə əlaqədar Məmmədli kəndi ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Oxu Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlə əlaqədar 217 nömrəli marşrut avtobusu Məmmədli dairəsinə qədər fəaliyyət göstərir.