Sabah Yasamalın bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

4
Sen
13:54
thumb_down 0

Sabah saat 06:00-dan etibarən Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Əsəd Əhmədov küçəsindən Heydər Hüseynov küçəsinə qədər olan hissədə ("Qələbə dairəsi"dən 20 Yanvar dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

seher.media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.