Azərbaycanda fantastik qiymətə günlük evlər təklif edilir

27
Sen
03:00
thumb_down 0

Son vaxtlar evlərini sutkalıq kirayə verənlərin sayı artıb.

Ekspertlər bildirirlər ki, şəhərin xüsusən mərkəzi ərazilərində yerləşən mənzilləri günlük kirayə vermək ev sahibləri üçün daha sərfəlidir.

Xarici turistlər, xüsusilə, belə evləri "Booking" platforması üzərindən rezervasiya edirlər. Burada yüksək qiymətləndirilən və şəraiti yaxşı olan evlərə tələbat daha çoxdur.

Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, Azərbaycanda bölgələrdə elə evlər var ki, günlük kirayəsi min manatdan da yüksəkdir. Əgər turist qaldığı evdən və onun sahibindən razı olursa, onlayn platformada bunu yüksək xal ilə qiymətləndirir. Nəticədə, turistlər belə evləri seçərkən daha rahat olurlar.

Ekspert vurğulayıb ki, son vaxtlar 3, 4 və 5 ulduzlu hotellərə də tələbat artıb. Buna səbəb, əvvəlki illərlə müqayisədə, ölkəmizə üz tutan turistlərin sayının çoxalmasıdır.

Bununla belə, bu ilin yanvar-sentyabr aylarında ulduz təsnifatlı hotellərdə onlayn bronlaşdırma sistemi olan "Booking" üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri və Gürcüstanla müqayisədə az olub.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Azərbaycanda fantastik qiymətə günlük evlər təklif edilir

Azərbaycanda fantastik qiymətə günlük evlər təklif edilir