Dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar

27
Sen
15:00
thumb_down 0

27 Sentyabr - Anım Günündə İqtisadiyyat Nazirliyinin kollektivi Vətən müharibəsində əldə edilmiş şanlı qələbənin, Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin əziz xatirəsinə ehtiramın növbəti ifadəsi olan Zəfər Parkında olublar.

seher.media xəbər verir ki, parkdakı xatirə daşının önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımız dərin hörmətlə yad edilib.

27 Sentyabr - Anım Günü ilə əlaqədar Ali Məhkəmənin sədri İnam Kərimov Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

seher.media xəbər verir ki, o, xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıb.

27 Sentyabr - Anım Günü ilə əlaqədar Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

seher.media xəbər verir ki, o, xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıb.

Məhərrəm Əliyev

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

"Report" xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qrup kursantı Anım Günündə Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

seher.media bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və şəxsi heyət parkın girişindəki xatirə daşının üzərinə qızıl gül dəstələri düzüblər.

27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb.

"Report" xəbər verir ki, parkı VII çağırış Milli Məclisin deputatları ziyarət ediblər.

Hazırda parkı ictimaiyyət nümayəndələri də ziyarət edirlər.

Qeyd edək ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi ilə 44 gün ərzində Azərbaycan əraziləri işğaldan azad olunub.