Aktrisa Keyt Bekinseyl özünü təbib adlandıran Nik Abramoviçi cinsi qısnamada ittiham edib.
seher.media xəbər verir ki, bu barədə "Page Six" yazır.
Abramoviç özü aktrisadan 3000 dollar ödəməyi tələb edir, lakin Bekinseyl masaj seansında yaşadığı zorakılığı əsas gətirərək bundan imtina edir.
Aktrisa və təbib planlaşdırılan üç görüşdən ikisində bir araya gəliblər.
Bekinseylin sözlərinə görə, ikinci görüşdə Abramoviç ona hücum çəkib və təqib etməyə başlayıb. Abramoviç ittihamları rədd edib: Onun sözlərinə görə, o, yalnız geyimli müştərilərlə işləyir və seansların əksəriyyəti dartınma, səs terapiyası və nəfəsalma prosedurlarından ibarətdir.
Los Anceles Polis Departamenti təsdiqləyib ki, kino ulduzu və təbib arasında baş verən insidentlə bağlı təhqiqat hazırda ilkin mərhələdədir. Rəsmi olaraq heç bir ittiham irəli sürülməyib.